"Zenit"in üzvü Vendel karyerasını Türkiyədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, Rusiya təmsilçisi ilə 2028-ci ilin yayına qədər müqaviləsi olan futbolçuyla Super Liqa nəhəngi yaxından maraqlanır. Söhbət "Fənərbağça"dan gedir. 27 yaşlı yarımmüdafiəçinin hazırda transfer dəyəri 18 milyon avrodur.
Qeyd edək ki, braziliyalı ötən mövsüm meydana çıxdığı 27 matçda 2 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az