Bu gün Azərbaycan Kubokunda 1-ci təsnifat mərhələsinə yekun vurulacaq.
Sport1.az xəbər verir ki, 2-ci oyun günündə 2 matç keçiriləcək.
"Göygöl" evdə "Şəmkir" ilə qarşılaşacaq. "Quba" isə "Xankəndi"ni qəbul edəcək. Hər iki matç saat 14:00-da başlayacaq.
Bu mərhələ 1 oyundan ibarətdir və qalib gələn komandalar 2-ci təsnifat mərhələsinə vəsiqə qazanıblar.
Qeyd edək ki, daha əvvəl "Şəki Siti", "Qaradağ Lökbatan", "Dinam"o və "Ağstafa Gəncləri" 2-ci təsnifat mərhələsinə yüksəlib.
Azərbaycan Kuboku
1-ci təsnifat mərhələsi
10 oktyabr (cümə)
14:00. “Göygöl” – “Şəmkir”
Hakimlər: Murad Səlimov, Eyyub İbrahimov, Samir Qaracayev, Rövşən Rəcəbov
Göygöl OİK stadionu
14:00. “Quba” – “Xankəndi”
Hakimlər: Emin Əliyev, Kərim Zeynalov, Zakir Şükürzadə, İslam Məmmədov
Quba OİK stadionu
9 oktyabr
"Şəki Siti" – "Araz Saatlı" - 3:2
"Qaradağ Lökbatan" – "Ağdaş" - 8:0
"Dinamo" – "Kür-Araz" - 3:2
"Ağstafa Gəncləri" – "Şirvan" - 1:0
II təsnifat mərhələsi
"Şimal" - "Şahdağ Qusar"
"Zaqatala" - "Sumqayıt"
"Neftçi" - MOİK
"Səbail" - "Şamaxı"
"Qəbələ" - "Mingəçevir"
"Quba"/"Xankəndi" - "Baku Sportinq"
"Qaradağ Lökbatan" - "Karvan"
"Dinamo" - "İmişli"
"Ağstafa Gəncləri" - "Kəpəz"
"Göygöl"/"Şəmkir" - "Difai"
"Şəki Siti" - "Turan Tovuz"
Sport1.az