“Milan”ın baş məşqçisi Massimiliano Alleqri A Seriyasının 6-cı turunda “Yuventus”la 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra hücumçu Rafael Leaunu tənqid edib.Sport1.az xəbər verir ki, portuqaliyalı futbolçu 62-ci dəqiqədə oyuna daxil olub. Ondan əvvəl Alleqri “Məni əsəbiləşdirməyin” sözləri ilə komandasına xəbərdarlıq edib. Görüşdən sonra soyunub-geyinmə otağında baş məşqçi Leaunun zəif çıxışı və oyunöncəsi münasibətinə görə danlayıb.
Portuqaliyalı bir neçə qol imkanı yaratsa da, onları dəyərləndirə bilməyib. Qeyd edək ki, portuqaliyalı futbolçu bu mövsüm A Seriyasında yalnız iki əvəzedici oyunda iştirak edib. O, avqustun 17-də İtaliya Kubokunda “Bari” ilə matçda aldığı baldır zədəsindən yeni sağalıb.
Sport1.az