“Monako”nun sabiq baş məşqçisi Filipp Kleman Rusiyada işləyə bilər.
Sport1.az xəbər verir ki, mütəxəssis “Spartak” klubunda baş məşqçi postuna əsas namizəddir. Bu barədə “Sport24” nəşri məlumat yayıb. Klub rəsmilərinin artıq belçikalı mütəxəssislə danışıqlara başladığı bildirilib.
Klemanın son ünvanı “Reyncers” olub. O, bu ilin fevralından işsizdir.
Sport1.az