"Monako"nun üzvü Elies Ben Seqir karyerasını İtaliyada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, Liqa 1 təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqaviləsi olan futbolçuyla 2 İtaliya nəhəngi yaxından maraqlanır. Söhbət "İnter" və "Yuventus"dan gedir. 20 yaşlı sol vingerin hazırda transfer dəyəri 28 milyon avrodur.
Qeyd edək ki, mərakeşli ötən mövsüm meydana çıxdığı 46 oyunda 9 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az