"Sportinq" Franko İsrael ilə yollarını ayıra bilər.Sport1.az xəbər verir ki, Lissabon təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqaviləsi olan futbolçuyla Belçika nəhəngi maraqlanır. Söhbət "Anderlext"dən gedir. 25 yaşlı qapıçının hazırda transfer dəyəri 5 milyon avrodur.
Qeyd edək ki, uruqvaylı qolkiper ötən mövsüm meydana çıxdığı 22 oyunda 10 dəfə qapısını toxunulmaz saxlayıb.
Sport1.az