Dördqat “Böyük Dəbilqə” çempionu və dünyanın bir nömrəli tennisçisi, belaruslu Arina Sabalenka sosial şəbəkədə üzləşdiyi təhqirlərdən danışıb.Sport1.azxəbər verir ki, Sabalenka bildirib:
“Karyeram boyu müxtəlif səbəblərdən çoxlu nifrətlə qarşılaşmışam. Ona görə də başa düşdüm ki, nə qədər çox diqqət yetirsən, o, bir o qədər enerjini boşaldır. Məncə, buna məhəl qoymamaq daha yaxşıdır, amma bəzən bu mesajları görürəm və maraqdan onları yazan şəxsin səhifəsinə daxil oluram. Bəzən şok oluram. Bəzən belə dəhşətli şeylər yazan analar olur. Bəzən bəlli olur ki, kimsə heç nə etmir və həyatda nəsə etməyə çalışanlara, gələcək nəslə motivasiya və ilham verməyə çalışanları şərh edir. Mən bunu zarafat kimi qəbul edirəm. Düşünmürəm ki, onlar heç vaxt bizim yerimizdə olublar ki, özlərinə belə dəhşətli şərhlər yazsınlar. Bu, onların nə qədər qorxunc insanlar olduğunu göstərir. Düşünürəm ki, hər bir oyunçu bunu zarafat kimi qəbul etməli və heç bir halda sosial medianın qaranlıq məkanına getməməlidir".
Sport1.az