22:16 9.10.2025 8

Ayxan Abbasov: “Fransaya qarşı oynamaq özü motivasiyadır”

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi sabah Fransa ilə qarşılaşacaq.

Sport1.az xəbər verir ki, oyundan öncə keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Ayxan Abbasov jurnalistlərin suallarını cavablandırıb.

Baş məşqçi sabah keçiriləcək oyun barədə düşüncələrini bölüşüb:

“Sabah bizi çox önəmli və gərgin oyun gözləyir. Rəqibimiz bəllidir — son illərin ən güclü komandalarından biridir. Bilirik ki, bu komandada ulduz futbolçular çıxış edir. Biz də oyuna ciddi hazırlaşmışıq. Son matçdan sonra futbolçularımızın böyük komandalara qarşı mübarizəsi önəmlidir. Sabah da rəqibə azarkeş dəstəyi olacaq. Amma oyunçularım mübarizədən çəkinməyəcəklər, bütün güclərini meydanda qoyacaqlar. Fransa illərdir eyni məşqçinin rəhbərliyi altında çıxış edir. Bu cür komandaya qarşı oynamaq özü motivasiyadır”.

Mütəxəssis futbolçuların stresdən çıxıb, oyuna hazır olduqlarını bildirib:

“Futbolçuların məşqlərə yanaşması ilk gündən yaxşı idi. Belə oyunlarda gərginlik təbiidir, təzyiq də olur. Çalışırıq ki, bu, oyuna təsir etməsin. Əhval-ruhiyyəni artırmaq üçün bu gün gəzinti də etdik. İnanıram ki, oyunçular həmin stresdən çıxıb, oyuna tam hazır olacaqlar”.

Kilian Mbappenin Jirunun rekordunu qırmaq istəyi ilə bağlı sualı cavablandıran Abbasov deyib:

“Belə futbolçular statistikalarını yaxşılaşdırmaq, rekordlar qırmaq üçün daha çox qol vurmaq istəyirlər. Bu, normaldır. Biz rəqibin son oyunlarını təhlil etmişik. Mbappenin bu fikirləri futbolçularımızda bir az əlavə motivasiya yarada bilər. Amma biz soyuqqanlı və real olmalıyıq. Hələ ki, bu səviyyəyə çatmamışıq. Lakin gələcəkdə nələrsə qazanmaq istəyiriksə, bu cür oyunlarda təcrübə toplamalıyıq”.

Azərbaycan millisinin baş məşqçisi “möcüzə üçün nə etməliyik?” sualına da belə cavab verib:

“Futbolda şans amili hər zaman vacibdir. Bəzən hər şey planlaşdırıldığı kimi getmir. Amma inanıram ki, sabah şans bizim tərəfimizdə olacaq. Futbolçularımdan yeganə istəyim odur ki, nə baş versə də, təslim olmasınlar”.

Heyətlə bağlı suala isə Abbasov belə cavab verib:

“Heyət hazırdır. Son oyuna bənzər tərkiblə meydana çıxacağıq. Qarşıda iki oyun var, üçüncü gündən sonra daha çətin matç olacaq. Bəzi oyunçularımız ağır qrafiklə oynayır, bunu da nəzərə alacağıq. Hər kəsə güvənirik və millidə rəqabətin olması bizi sevindirir”.

Sonda Ayxan Abbasov şəxsi hisslərini də bölüşüb:

“Bu, mənim üçün də ilk belə təcrübədir. Nələrəsə nail olmaq istəyirsənsə, bu cür mərhələlərdən keçməlisən. Dünya və Avropa çempionuna qarşı oynamaq, onları təhlil etmək çox dəyərli təcrübədir. Biz məşqçi heyəti ilə birlikdə futbolçularımızı oyuna ən yaxşı şəkildə hazırlamağa çalışmışıq”.
Sport1.az
Hadisələri telegramda anında izləyin!
Keçid et
Oxşar xəbərlər

XƏBƏR LENTİ

23:54

Keyn millinin iki oyununu buraxacaq

23:32

Ceyms Tarkovski “Everton”da qalacaq

23:11

"Strasburq" Fabio Karvalyonu izləyir

22:54

“Yuventus”un Tonali üçün yeni transfer planı

22:37

“Sabah meydançanın hər qarışı uğrunda mübarizə aparacağıq" - Bəhlul Mustafazadə

22:16

Ayxan Abbasov: “Fransaya qarşı oynamaq özü motivasiyadır”

21:56

Anna Blinkova Uhan turnirinin əsas mərhələsinə yüksələ bilmədi

21:16

Salahdan yeni rekord

21:12

Tomas Volkup ən azı üç həftə yaşıl meydanlardan kənarda qalacaq

20:54

Lebron Ceyms Luka Donçiçin irəliləyişini qiymətləndirib

20:34

Valentin Vaçerot Şanxay Masters yarımfinalına yüksəldi

20:15

Harri Keyn Uelslə oyunu buraxacaq

19:58

Tuxel İngiltərə yığmasında Bellinqhem, Foden və Qrilişin yoxluğunu izah edib

19:35

Kapello: “İtaliyada futbolun keyfiyyəti aşağı düşüb”

19:13

Alleqri Rafael Leaunu tənqid etdi

18:52

"Milan"ın futbolçusu İtaliyada ən yaxşı seçildi

18:27

Millimiz Özbəkistanla heç-heçə etdi

18:12

"Napoli"də itkilər

17:54

Müslüm Kagermanov: “Almaniyada rusofobiya hiss etmirəm”

17:34

Cerrard sabiq klubuna qayıda bilər

17:13

La Liqa klubu baş məşqçi ilə yollarını ayırdı

16:54

"İnter Mayami" Albanı onunla əvəzləyəcək

16:27

Azərbaycan Kubokunda 4 komanda mərhələ adladı

16:13

Maquayr qərarını verdi

15:56

Rişarlison MLS klubunun hədəfində

15:24

AFFA "Zirə"nin futbolçusunu, "Neftçi"nin məşqçisini cəzalandırdı

15:11

"Azərbaycanın heyətində “Qarabağ”ın 7 futbolçusu var" - Didye Deşam

14:54

"Azərbaycan millisi ilə oyuna ciddi yanaşmalıyıq" - Mbappe

14:32

Tuxel: “Keyn Qızıl topda daha yüksək yeri tutmalı idi”

14:03

AFFA-nın qurduğu sistemin fiaskosu - YAZI

13:56

"Monako"da yeni baş məşqçi

13:32

Şesni: "Narahat olmalı bir şey yoxdur"

13:12

"Qalatasaray"dan İkardi üçün son cəhd

12:28

Miles MakBrayd: “Karyeramın sonuna qədər "Niks"də qalmaq istəyirəm”

12:13

Covanni Mpetçi Perrikard top-10 oyunçuya qarşı ilk qələbəsini qazandı

11:54

"Mayamidəki oyun möhtəşəm bir tamaşa olacaq"

11:32

Noyer Almaniya millisinə qayıda bilər

11:17

"Qarabağ" "Çelsi"ni hansı stadionda qəbul edəcək? - RƏSMİ AÇIQLAMA

10:52

Yelena Rıbakina Uhan WTA-1000 turnirində ikinci raunda qələbə qazandı

10:31

PSJ-dən Yamal üçün rekord məbləğdə təklif

09:54

Volkan Dəmirəl Superliqaya qayıdır

09:27

Azərbaycan Kubokunda yeni mövsümə start verilir

09:12

Misir DÇ-2026-ya vəsiqə qazandı

23:52

Lauri Markkanen "Jazz"dan ayrıla bilər

23:28

Türkiyə yığmasının üzvü bu millidə oynaya bilər

23:12

Adrien Rabyo: “Marsel”də xəyanət hiss etdim"

22:51

"Napoli" Neymar transferini planlaşdırırdı

22:32

“Çelsi” transfer strategiyasını açıqladı

21:12

Uilyam Saliba: "Kuboklar tez gələcək"

19:54

Ukrayna yığmasında növbəti itki

19:17

Millimiz Fransaya darmadağın oldu

19:12

Xavi ruslara “yox” deyib

18:56

Mbappenin anasından narazılıq

18:31

“Gəncə”də amerikalı basketbolçu

18:12

Xərçəngdən əziyyət çəkən futbolçu oyuna çıxdı

17:53

Emre Belözoğlu bu komandanı çalışdıracaq

17:11

Azərbaycan III MDB Oyunlarında 184 medal qazandı

16:54

İspaniya millisində itki

16:32

Kuansa “Liverpul”dan ayrılmasının səbəbini açıqladı

16:16

"Qalatasaray"ın Lukman planı

15:54

"Yuventus" "Bavariya"nın müdafiəçisini heyətinə qatmaq istəyir

15:26

"Təslim olmamaq lazımdır" - Ayxan Abbasov

15:12

Milli Fransaya yollandı

14:59

"Beşiktaş"ın Cengiz Ünder planı

14:28

Avropa Klublar Assosiasiyası adını dəyişib

14:12

I Liqada oyunların saatı açıqlandı

13:56

Ronaldo tarixin ilk milyarder futbolçusu oldu

13:32

Türkiyə millisinin məşqini buraxdı

13:13

Fransa - Azərbaycan oyununun hakimləri açıqlandı

12:53

Ərəblər "Fənərbağça"nın legionerini transfer etmək istəyir