"Mançester Siti" Con Stonz ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ilə gələn mövsümün sonunda müqaviləsi başa çatan futbolçuya Super Liqa nəhəngindən maraq var. Söhbət "Qalatasaray"dan gedir. Davinson Sançezin ayrılması halı baş verərsə, "aslanlar" ingiltərəlinin keçidi üçün danışıqlara başlayacaq.
31 yaşlı mərkəz müdafiəçisinin hazırda transfer dəyəri 25 milyon avrodur.
Qeyd edək ki, C.Stonz ötən mövsüm meydana çıxdığı 20 oyunda 3 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az