"Monako"nün üzvü Vilfrid Sinqo karyerasını Türkiyədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, Liqa 1 təmsilçisiylə 2028-ci ilin yayına qədər müqaviləsi olan futbolçuyla Super Liqa nəhəngi yaxından maraqlanır. Söhbət "Qalatasaray"dan gedir. 24 yaşlı mərkəz müdafiəçisinin hazırda transfer dəyəri 25 milyon avrodur.
Qeyd edək ki, V.Sinqo ötən mövsüm meydana çıxdığı 35 oyunda 3 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az