"Braqa"nın üzvü Andre Orta karyerasını Türkiyədə davam etdirə bilər.Sport1.az xəbər verir ki, Portuqaliya təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqaviləsi olan futbolçuya Super Liqa klubundan maraq var.
Söhbət "Samsunspor"dan gedir. 28 yaşlı yarımmüdafiəçinin hazırda transfer dəyəri 4 milyon avrodur.
Qeyd edək ki, portuqaliyalı ötən mövsüm icarə əsasında çıxış etdiyi "Olimpiakos"da meydanda çıxdığı 28 oyunda 3 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az