"Sassuolo"nun üzvü Arman Loryante karyerasını İngiltərədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, İtaliya təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqaviləsi olan futbolçuyla Premyer Liqa klubu yaxından maraqlanır. Söhbət "Sanderlend"dən gedir. 26 yaşlı sol cinah vingerinin hazırda transfer dəyəri 15 milyon avrodur.
Qeyd edək ki, fransalı ötən mövsüm B Seriyasında meydana çıxdığı 34 oyunda 19 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az