"Börnli" Ceyms Trafford ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, İngiltərə təmsilçisiylə 2027-ci ilin yayına qədər müqaviləsi olan futbolçuyla Premyer Liqa nəhəngi yaxından maraqlanır. Söhbət "Mançester Siti"dən gedir. 22 yaşlı qolkiperin hazırda transfer dəyəri 22 milyon avrodur.
Qeyd edək ki, ingiltərəli ötən mövsüm meydana çıxdığı 45 oyunda 29 dəfə qapısını toxunulmaz saxlayıb.
Sport1.az