"Atletiko" Saul Niqez ilə yollarını ayırmaq istəyir. Sport1.az xəbər verir ki, Madrid təmsilçisi ilə gələn mövsümün sonunda müqaviləsi başa çatan futbolçuyla Super Liqa nəhəngi yaxından maraqlanır. Söhbət "Trabzonspor"dan gedir. "Bordo mavilər" artıq ispaniyalının meneceri ilə razılıq əldə edib. 30 yaşlı yarımmüdafiəçinin hazırda transfer dəyəri 3 milyon avrodur.
Qeyd edək ki, Niqez ötən mövsüm icarə əsasında çıxış etdiyi "Sevilya"da meydanda olduğu 26 qarşılaşmada 1 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az