"Borussiya” nın (Münhenqladbax) üzvü Tomaş Çvançara karyerasını Türkiyədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, Bundesliqa təmsilçisi ilə 2028-ci ilin yayına qədər müqaviləsi olan futbolçuyla Super Liqa klubu yaxından maraqlanır. Söhbət "Antalyaspor"dan gedir. Hücumçunun keçidi ilə bağlı baş məşqçi Emre Belözoğlu müsbət cavab verib. 24 yaşlı forvardın hazırda transfer dəyəri 3 milyon avrodur.
Qeyd edək ki, çexiyalı ötən mövsüm meydana çıxdığı 30 oyunda 2 qolla vurmağı bacarıb.
Sport1.az