"Ayntraxt”ın üzvü Huqo Ekitike karyerasını İngiltərədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, Bundesliqa təmsilçisi ilə 2029-cu ilin yayına qədər müqaviləsi olan futbolçuyla Premyer Liqa klubu yaxından maraqlanır. Söhbət "Nyukasl”dan gedir. 23 yaşlı forvardın hazırda transfer dəyəri 75 milyon avrodur.
Qeyd edək ki, fransalı ötən mövsüm meydana çıxdığı 48 oyunda 22 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az