"Vulverhempton"un üzvü Jose Sa karyerasını Türkiyədə davam etdirə bilər.Sport1.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqaviləsi olan futbolçuyla Super Liqa nəhəngi yaxından maraqlanır. Söhbət "Qalatasaray"dan gedir. "Aslanlar"ın Ter Ştegen ilə danışıqlarda ortaq qənaətə gələ bilməməsə, İstanbul klubu 32 yaşlı qolkiperi transfer etmək istəyəcək. Onun hazırda transfer dəyəri 7 milyon avrodur.
Qeyd edək ki, portuqaliyalı ötən mövsüm meydana çıxdığı 30 oyunda 7 dəfə qapısını toxunulmaz saxlayıb.
Sport1.az