"Yunion Berlin"in üzvü Danilo Duxi karyerasını Türkiyədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, bu haqda Türkiyə mətbuatı xəbər yayıb. Klubu ilə gələn il müqaviləsi başa çatan futbolçuyla Super Liqa nəhəngi yaxından maraqlanır. Söhbət "Beşiktaş"dan gedir. 27 yaşlı mərkəz müdafiəçisinin hazırda transfer dəyəri 13 milyon avrodur.
Qeyd edək ki, niderlandlı ötən mövsüm meydana çıxdığı 36 oyunda 1 qolla fərqlənməyi bacarıb.
Sport1.az