Çempionlar Liqası / Manşet
11:17
9.10.2025
390
Son günlər sosial mediada maraqlı iddia ortaya atılıb.Yayılanlara inansaq, “Qarabağ”ın Çempionlar Liqasının əsas mərhələsinin 4-cü turunda “Çelsi”yə qarşı keçirəcəyi oyun Bakı Olimpiya Stadionunda baş tutacaq.
Görəsən, bu məlumat nə qədər doğrudur? Ağdam təmsilçisi London klubunu BOS-da qəbul edəcək? Sualımızı arenanın mətbuat katibi Fərid Əsədzadəyə ünvanladıq. Qurum rəsmisi mövzu ilə bağlı
Sport1.az-a açıqlamasında bunları söylədi:
"Yayılan xəbərlər həqiqəti əks etdirmir. Belə informasiyalar müəyyən səhifələrin reytinq qazanmaq məqsədilə etdikləri paylaşımlardan başqa bir şey deyil. Hazırda stadionun ot örtüyü hazır vəziyyətdə deyil. Yaxın gələcəkdə burada oyunların keçirilməsi planlaşdırılmır”.HÜSEYN RƏŞADOĞLU
Sport1.az