"Qalatasaray"ın üzvü Davinson Sançez karyerasını İtaliyada davam etdirə bilər.
Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqaviləsi olan futbolçuyla A Seriyasından bir klub maraqlanır.
Söhbət "Komo"dan gedir. 29 yaşlı mərkəz müdafiəçisinin hazırda transfer dəyəri 20 milyon avrodur.
Qeyd edək ki, kolombiyalı ötən mövsüm meydana çıxdığı 44 oyunda 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az