"Tuluza"nın üzvü Ceyde Kanvo karyerasını İngiltərədə davam etdirə bilər.Sport1.az xəbər verir ki, Fransa təmsilçisi ilə 2029-cu ilin yayına qədər müqaviləsi olan futbolçuyla Premyer Liqa klubu maraqlanır. Söhbət "Aston Villa"dan gedir. 18 yaşlı mərkəz müdafiəçisinin hazırda transfer dəyəri 4 milyon avrodur.
Qeyd edək ki, fransalı ötən mövsüm meydana çıxdığı 25 oyunda fərqlənməyi bacarmayıb.
Sport1.az