"Aston Villa"nın üzvü Leon Beyli karyerasını Türkiyədə davam etdirə bilər.Sport1.az xəbər verir ki, Premyer Liqa təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqaviləsi olan futbolçuya Super Liqa nəhəngindən təklif var.
Söhbət "Fənərbağça"dan gedir. İstanbul təmsilçisi artıq oyunçunun meneceri ilə danışıqlara başlayıb. 27 yaşlı sağ vingerin hazırda transfer dəyəri 28 milyon avrodur.
Qeyd edək ki, yamaykalı ötən mövsüm meydana çıxdığı 38 oyunda 2 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az