"Napoli"nin heyətində İtaliya çempionu olan yarımmüdafiəçi Andre Zambo-Anqissa yayda klubunu dəyişə bilər.
Sport1.az xəbər verir ki, bu barədə "La Gazzeta dello Sport" məlumat yayıb.
Artıq müqavilə ilə futbolçunun agentləri ilə əlaqə saxlayan 29 yaşlı futbolçu ilə "Çelsi" maraqlanır.
"Napoli" ilə hazırkı müqavilə 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Dəyəri 27 milyon avro olan futbolçunu İtaliya klubunun satmaq istəyib-istəmədiyi məlum deyil.
Qeyd edək ki, başa çatan mövsümdə Zambo-Anqissa bütün turnirlərdə 37 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.
Sport1.az