"Atalanta" Ademola Lukman ilə yollarını ayıra bilər.Sport1.az xəbər verir ki, İtaliya təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqaviləsi olan futbolçu 2 klubun maraq dairəsindədir. Söhbət "Napoli" və "Barselona"dan gedir. 27 yaşlı hücumçunun hazırda transfer dəyəri 60 milyon avrodur.
Qeyd edək ki, nigeriyalı ötən mövsüm meydana çıxdığı 40 oyunda 20 qol, 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az