"Nottinqem Forest" Antoni Elanqa ilə yolları ayıra bilər.Sport1.az xəbər verir ki, komandası ilə 2028-in iyununa qədər müqaviləsi olan futbolçuyla digər Premyer Liqa klubu yaxından maraqlanır.
Söhbət "Nyukasl"dan gedir. 23 yaşlı isveçlinin hazırda transfer dəyəri 42 milyon avrodur.
Qeyd edək ki, sol vinger bu mövsüm meydana çıxdığı 43 oyunda 6 qol, 12 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az