"Beşiktaş"ın üzvü Gedson Fernandeş karyerasını İngiltərədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, İstanbul təmsilçisiylə 2027-ci ilin yayına qədər müqaviləsi olan futbolçuya Premyer Liqa klubundan təklif var. Söhbət "Nottinqem Forest"dən gedir. 26 yaşlı mərkəz yarımmüdafiəçisinin hazırda transfer dəyəri 18 milyon avrodur.
Qeyd edək ki, portuqaliyalı ötən mövsüm meydana çıxdığı 49 oyunda 12 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az