Xorvatiyalı qapıçıya "Milan" və "Lids Yunayted" maraq göstərir.
Sport1.az xəbər verir ki, "Fənərbağça" qapıçısı Dominik Livakoviçlə yollarını ayıra bilər. İstanbul təmsilçisi ilə 2028-ci ilin yayına qədər müqaviləsi olan xorvatiyalı futbolçuya Avropanın iki klubu – İtaliyanın "Milan"ı və İngiltərənin "Lids Yunayted"i maraq göstərir.
30 yaşlı qapıçının hazırkı transfer dəyəri 9 milyon avro olaraq qiymətləndirilir. Livakoviç ötən mövsüm "Fənərbağça"nın heyətində 32 oyunda meydana çıxıb və bu matçların 9-da qapısını toxunulmaz saxlayıb.
Sport1.az