Qapıçıya yumurta verdilər

Bölmə adı ---
Yayımlandı 31-03-2025, 17:38

Norveçin “Bryune” klubunun qapıçısı Yan de Bur qeyri-adi mükafat alıb.

Sport1.az xəbər verir ki, qolkiper “Bodo Qlimt”lə oyunun ən yaxşısı seçildiyi üçün mükafatlandırılıb.

Qapıçıya 40 yumurta verilib. Bu, onun Norveç çempionatının I turundakı oyununun mükafatı olub.

Qeyd edək ki, “Bodo Qlimt” bu matçda 1:0 hesabı ilə qalib gəlib.

Müəllif: Sport1.az