Kolumbiyalı hücumçu Portuqaliya nəhənginin maraq dairəsindədir.
Sport1.az xəbər verir ki, İspaniya təmsilçisi ilə 2029-cu ilin yayına qədər müqaviləsi olan Luis Suaresə Portuqaliyanın “Sportinq” klubu maraq göstərir. 27 yaşlı hücumçunun hazırkı transfer dəyəri 8 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, kolumbiyalı futbolçu ötən mövsüm La Liqa 2-də 43 oyuna çıxaraq, 31 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
Sport1.az