"Torino" Vanya Milinkoviç-Saviç ilə yollarını ayıra bilər.Sport1.az xəbər verir ki, qolkiperlə 2 İtaliya klubu yaxından maraqlanır. Söhbət "Napoli" və "Milan"dan gedir. 28 yaşlı qapıçının transfer dəyəri 16 milyon avrodur.
Qeyd edək ki, serbiyalı ötən mövsüm meydana çıxdığı 39 oyunda 44 top buraxıb, 11 dəfə isə qapısını toxunulmaz saxlayıb.
Sport1.az