Avropanın ən bahalı klublarının reytinqi açıqlanıb. Sport1.az xəbər verir ki, bununla bağlı "Football Benchmark Group" agentliyi məlumat paylaşıb.
Siyahıda birinci yeri 6,3 milyard avro dəyərində olan "Real" tutub. "Mançester Siti" 5,2 milyard, "Mançester Yunayted" isə 5,1 milyard avro ilə üçüncü olub.
Ümumilikdə Premyer Liqanın doqquz klubu reytinqin ilk 20-liyinə daxil olub.
Avropanın ən zəngin klubları
1. "Real" (İspaniya) – 6,3 milyard avro
2. "Mançester Siti" (İngiltərə) – 5,2 milyard avro
3. "Mançester Yunayted" (İngiltərə) – 5,1 milyard avro
4. "Barselona" (İspaniya) - 4,5 milyard avro
5. "Bavariya" (Almaniya) – 4,3 milyard avro
6. "Liverpul" (İngiltərə) - 4,1 milyard avro
7. "Arsenal" (İngiltərə) – 3,9 milyard avro
8. PSJ (Fransa) - 3,8 milyard avro
9. "Tottenhem" (İngiltərə) - 3,6 milyard avro
10. "Çelsi" (İngiltərə) - 2,9 milyard avro
11. "Borussiya" (Dortmund, Almaniya) - 2,3 milyard avro
12. "Atletiko" (Madrid, İspaniya) - 1,9 milyard avro
13. "Milan" (İtaliya) - 1,8 milyard avro
14. "İnter" (İtaliya) - 1,7 milyard avro
15. "Yuventus" (İtaliya) - 1,6 milyard avro
16. "Vest Hem" (İngiltərə) – 1,2 milyard avro
17. "Napoli" (İtaliya) - 1,1 milyard avro
18. "Ayntraxt" (Frankfurt, Almaniya) – 0,9 milyard avro
19. "Aston Villa" (İngiltərə) - 0,8 milyard avro
20. "Everton" (İngiltərə) - 0,6 milyard avro
Sport1.az