“Royal Antverp”in qapıçısı Sanne Lemmens karyerasını İngiltərədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, Belçika təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqaviləsi olan futbolçu ilə “Mançester Yunayted” maraqlanır.
23 yaşlı qolkiperin hazırda transfer dəyəri 9 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Sanne Lemmens ötən mövsüm meydana çıxdığı 44 qarşılaşmada 10 dəfə qapısını toxunulmaz saxlamağı bacarıb.
Sport1.az