"Nissa" Maksim Dyupe ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, Fransa təmsilçisi ilə 2026-cı ilin yayına qədər müqaviləsi olan Maksim Dyupe ilə başqa bir Liqa 1 klubu maraqlanır. Söhbət “Brest”dən gedir. 32 yaşlı qapıçının hazırkı transfer dəyəri 900 min avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, fransalı qolkiper ötən mövsüm “Nissa”nın heyətində cəmi 5 oyunda meydana çıxıb və bu görüşlərdən birində qapısını toxunulmaz saxlamağı bacarıb.
Sport1.az