"Napoli" Cuzeppe Ambrozino ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, İtaliya təmsilçisi ilə gələn mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçuya iki klub ciddi maraq göstərir. Söhbət "Kremoneze" və Şotlandiyanın "Seltik" klubundan gedir. 21 yaşlı hücumçunun hazırkı transfer dəyəri 2,5 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, ötən mövsümü icarə əsasında "Frozinone"də keçirən italiyalı futbolçu meydana çıxdığı 37 oyunda 5 qol vurub, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az