“San Xose Ertqveykz” Niko Tsarikis ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, Amerika təmsilçisi ilə müqaviləsi 2025-ci ilin dekabrında başa çatacaq Niko Tsarikisə İspaniyanın “Real Sosyedad” klubu maraq göstərir. Gənc futbolçunun hazırkı transfer dəyəri 1,5 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, amerikalı yarımmüdafiəçi ötən mövsüm 10 oyunda meydana çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az