"Barselona"nın prezidenti Xuan Laporta yaxın zamanda "Real"ın qapıçısı Andrey Luninin agenti Jorge Mendes ilə görüşüb.Sport1.az xəbər verir ki, bu barədə "Defensa Central" məlumat yayıb.
Mənbənin məlumatına görə, Laporta ukraynalı qapıçının transfer imkanları ilə maraqlanıb. Lakin qolkiperin agenti klub rəsmisinə Luninin hələlik Madrid klubundan ayrılmağı düşünmədiyini bildirib. O, "Real"ın əsas rəqibinə oyunçusunu buraxmağa razılaşacağına da inanmayıb.
Qeyd edək ki, bu mövsüm Lunin "Real"ın heyətində 9 matçda iştirak edib. Bu görüşlərin 4-də qapısını toxunulmaz saxlayıb, digər qarşılaşmalarda ümumilikdə 12 top buraxıb.
Maraq üçün bildirək ki, "Mançester Yunayted" ukraynalı ilə maraqlanırdı. İngiltərə klubu Luninin keçidi üçün "Real"a 40 milyon avro ödəməyə hazır idi.
Sport1.az