“Zaltsburq” Oskar Qlux ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, Avstriya təmsilçisi ilə 2027-ci ilin yayına qədər müqaviləsi olan israilli yarımmüdafiəçiyə Niderlandın “Ayaks” klubu maraq göstərir. 21 yaşlı Oskar Qluxun hazırkı transfer dəyəri 20 milyon avro qiymətləndirilir.
Ötən mövsüm Oskar Qlux “Zaltsburq”un heyətində 46 matçda çıxış edərək, 13 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az