"Bavariya" Daniel Perets ilə yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, Bundesliqa nəhəngi ilə 2028-ci ilin yayına qədər müqaviləsi olan futbolçuyla Almaniyanın başqa klubu maraqlanır. Söhbət "Hamburq"dan gedir. Bu mövsüm yenidən elitaya qayıdan komanda artıq oyunçunun meneceri ilə danışıqların son mərhələsindədir. 25 yaşlı qolkiperin hazırda transfer dəyəri 3 milyon avrodur.
Qeyd edək ki, israilli ötən mövsüm meydana çıxdığı 6 oyunun 1-də qapısını toxunulmaz saxlamağı bacarıb.
Sport1.az