“Fulhem” Xarri Uilsonla yollarını ayıra bilər.
Sport1.az xəbər verir ki, İngiltərə Premyer Liqası təmsilçisi ilə gələn mövsümün sonunda müqaviləsi başa çatacaq Xarri Uilsona Türkiyənin nəhəng klubu – “Beşiktaş” maraq göstərir. İstanbul təmsilçisi artıq uelsli futbolçunun meneceri ilə ilkin danışıqlara başlayıb.
28 yaşlı sağ cinah oyunçusunun hazırkı transfer dəyəri 15 milyon avro olaraq qiymətləndirilir.
Qeyd edək ki, Uilson ötən mövsüm “Fulhem”in heyətində 27 oyunda meydana çıxıb, 6 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az