"Sportinq"in üzvü Usman Domande karyerasını İngiltərədə davam etdirə bilər.Sport1.az xəbər verir ki, klubu ilə 2027-ci ilin iyununa qədər müqaviləsi olan futbolçuyla "Kristal Palas" yaxından maraqlanır.
"Qartallar" Mark Qehi ilə yollarını ayırırsa, onun yerinə məhz adıçəkilən müdafiəçini transfer edəcək.
21 yaşlı futbolçunun hazırda transfer dəyəri 45 milyon avrodur.
Qeyd edək ki, Domande bu mövsüm meydana çıxdığı 46 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az