Muslera ilə yolları ayıran "Qalatasaray" yeni qapıçı axtarışındadır.Sport1.az xəbər verir ki, İstanbul təmsilçisi La Liqadan qolkiper gətirməyi planlaşdırır. Söhbət Andrey Lunindən gedir.
Ukraynalı qolkiperin transfer dəyəri 20 milyon avrodur. "Qalatasaray" bu məbləği "Real"a ödəsə, 23 yaşlı futbolçu növbəti mövsüm Super Liqada çıxış edəcək.
Qeyd edək ki, Lunin bu mövsüm meydana çıxdığı 7 oyunda 7 qol buraxıb. 4 qarşılaşmada isə qapısını toxunulmaz saxlayıb.
Sport1.az