“Əl-Əhli”nin müdafiəçisi Merih Demiral karyerasını Türkiyədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, 27 yaşlı futbolçununun xidmətində “Fənərbaxça” maraqlıdır.
Bu barədə “Fanatik” nəşri məlumat yayıb.
Xəbərdə bildirilib ki, İstanbul təmsilçisinin baş məşqçisi Domeniko Tedesko rəhbərlikdən Demiralın transferini tələb edib.
Mövsümün sonunda klubu ilə müqaviləsinin müddəti başa çatacaq oyunçunun özü də Super Liqaya qayıtmağa müsbət baxır.
Qeyd edək ki, Merih Demiral “Fənərbaxça”nın yetirməsidir. Türkiyə millisinin üzvü 2023-cü ilin yayından “Əl-Əhli”nin formasını geyinir.
Sport1.az