"Kristal Palas" Jan-Filipp Mateta ilə yolları ayıra bilər.
Sport1.az xəbər verir ki, futbolçuyla 4 klub yaxından maraqlanır.
Söhbət "Mançester Yunayted", "Yuventus", "Milan" və "İnter"dən gedir. Fransalının hazırda transfer dəyəri 30 milyon avrodur.
Qeyd edək ki, hücumçu bu mövsüm meydana çıxdığı 46 oyunda 17 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az