"Sportinq"in üzvü Konard Harder karyerasını İtaliyada davam etdirə bilər.Sport1.az xəbər verir ki, danimarkalı ilə "Yuventus" yaxından maraqlanır. Hücumçunun Lissabon təmsilçisi ilə 2029-cu ilə qədər müqaviləsi var. Forvardın hazırkı dəyəri 24 milyon avrodur.
Qeyd edək ki, 20 yaşlı futbolçu ötən mövsüm meydana çıxdığı 54 qarşılaşmada 13 qol vurub, 10 məhsuldar ötürmə edib.
Sport1.az