"Fənərbağça" Sebastian Şimanskiy ilə yolları ayıra bilər.
Sport1.az xəbər verir ki, komandası ilə 2027-ci ilin iyununda qədər müqaviləsi olan futbolçuya İtaliya klubundan təklif var.
Söhbət "Latsio"dan gedir. Roma təmsilçisi artıq futbolçunun meneceri ilə danışıqlara başlayıb. Polşalının hazırda transfer dəyəri 17 milyon avrodur.
Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm meydana çıxdığı 53 oyunda 7 qol, 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az