"Olimpiakos"un gənc üzvü Xristos Muzakitis karyerasını İtaliyada davam etdirə bilər.Sport1.az xəbər verir ki, futbolçuya A seriyanın 2 nəhəngindən maraq var.
Söhbət "Yuventus" və "Milan"dan gedir. 18 yaşlı yarımmüdafiəçinin hazırda transfer dəyəri 12 milyon avrodur.
Qeyd edək ki, yunanıstanlı ötən mövsüm meydana çıxdığı 38 oyunda 2 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az