"Lyon"un üzvü Malik Fofana karyerasını İngiltərədə davam etdirə bilər.Sport1.az xəbər verir ki, futbolçu ilə "Çelsi" yaxından maraqlanır.
20 yaşlı sol vingerin hazırda transfer dəyəri 30 milyon avrodur.
Qeyd edək ki, belçikalı ötən mövsüm meydana çıxdığı 41 oyunda 11 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az