"Hoffenhaym"ın üzvü Anton Stax karyerasını İngiltərədə davam etdirə bilər.
Sport1.az xəbər verir ki, Almaniya təmsilçisiylə 2027-ci ilin yayına qədər müqaviləsi olan futbolçuyla Premyer Liqa klubu maraqlanır.
Söhbət "Lids"dən gedir. Sözü gedən klub artıq oyunçunun meneceri ilə danışıqlara başlayıb.
26 yaşlı dayaq yarımmüdafiəçisinin hazırda transfer dəyəri 14 milyon avrodur.
Qeyd edək ki, almaniyalı ötən mövsüm meydana çıxdığı 39 oyunda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az