"Trabzonspor"un üzvü Arseniy Bataqov karyerasını İngiltərədə davam etdirə bilər.Sport1.az xəbər verir ki, Qaradəniz təmsilçisi ilə 2028-ci ilin yayına qədər müqaviləsi olan futbolçuya Premyer Liqa klubundan təklif var. Söhbət "Nottinqem Forest"dən gedir.
Sözü gedən klub müdafiəçi üçün 15 milyon avro ödəməyə hazırdır. 23 yaşlı ukraynalının hazırda transfer dəyəri 4,5 milyon avrodur.
Qeyd edək ki, Bataqov ötən mövsüm meydana çıxdığı 23 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az