"Lester" Vilfred Ndidi ilə yollarını ayıra bilər.Sport1.az xəbər verir ki, "tülkülər"lə 2027-ci ilin yayına qədər müqaviləsi olan futbolçuyla nə az, nə çox düz 4 klub yaxından maraqlanır. Söhbət "Mançester Yunayted", "Yuventus", "Maynz" və "Hoffenhaym"dan gedir. 28 yaşlı dayaq yarımmüdafiəçisinin hazırda transfer dəyəri 15 milyon avrodur.
Qeyd edək ki, nigeriyalı ötən mövsüm meydana çıxdığı 30 oyunda 1 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Sport1.az